Modern.az

Zelenski Xarkova getdi

Zelenski Xarkova getdi

Aktual

16 May 2024, 14:02

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında məlumat verib.

 

O bildirib ki, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat vəziyyəti, vəzifələr və ehtiyaclar müzakirə olunub.

 

"Həmçinin döyüş vəziyyətinin perspektivləri, yaxın günlərdə və həftələrdə təhlükələr və bizim, Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil olunub. Bu gündən Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verdirir".

 

Ukrayna dövlət başçısı əlavə edib ki, bu istiqamətdə döyüşlər son dərəcə çətin olaraq qalır və Ukrayna bu istiqamətdə bölmələrini gücləndirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi