Modern.az

Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü saxlanıldı

Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü saxlanıldı

Aktual

16 May 2024, 13:50

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub. Nəqliyyat vasitələrinə baxış zamanı müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb.

 

Toplanmış materiallar məhkəməyə göndərilib, araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi