Modern.az

Suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı

Suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı

Aktual

16 May 2024, 14:50

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.

 

Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi