Modern.az

Hava ilə bağlı xəbərdarlıqlar rəng şkalası ilə təqdim olunacaq

Hava ilə bağlı xəbərdarlıqlar rəng şkalası ilə təqdim olunacaq

16 May 2024, 15:02

Küləkli hava şəraiti ilə bağlı "Rəng xəbərdarlıq sistemi" bu gündən meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

O bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur.

 

Qeyd edək ki, dünya təcrübəsinə əsaslanan "Rəng Xəbərdarlıq Sistemi” əhalinin diqqətini daha çox cəlb etmək və küləkli hava şəraiti ilə bağlı xəbərdarlığın əhəmiyyətini vurğulamaq üçün önəmlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi