Modern.az

Rusiyada Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Aktual

16 May 2024, 13:54

Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyində Ulyanovsk şəhərinin Zasviyajski rayonunda yerləşən abidəsi önünə təntənəli gül qoyulması mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbirdə milli-mədəni muxtariyyətlərin, ictimai təşkilatların nümayəndələri və Heydər Əliyevin adını daşıyan 78 nömrəli məktəbin şagirdləri iştirak edib. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin rayonun inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, Volqa üzərindən körpünün tikilməyinə qərar verilməsində mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin yaşadılması, Ulyanovsk vilayətində millətlərarası sülhün və harmoniyanın möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdiriləcəyi qeyd olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi