Modern.az

İnsan beynini dondurub yenidən həyata qaytarmaq mümkün olacaq?

İnsan beynini dondurub yenidən həyata qaytarmaq mümkün olacaq?

Aktual

16 May 2024, 15:53

Çinli alimlər  "beynin dondurulması" sahəsində böyük irəliləyiş əldə ediblər ki, bu texnologiya bir gün insanların normal həyat müddətinin çox daha irəlisində yaşamasına kömək edə biləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Şanxay Fudan Universitetinin tədqiqatçıları tərəfindən aparılan son araşdırmalarda embrionik kök hüceyrələrindən istifadə edilərək üç həftə ərzində beyin nümunələri inkişaf etdirilib. 

 

Bu müddət neyronların və sinir hüceyrələrinin işləməsi üçün kifayət olub. Daha sonra sözügedən nümunələr müxtəlif kimyəvi qarışıqlarda həll edilib.

 

Maye azotda 24 saat ərzində "kriogen dondurulmaqla" əridildikdə qarışıqlardan birinin neyronları sağlam və normal siqnal göndərmə qabiliyyətini qoruduğu kəşf edilib. 

 

Bu, daha əvvəl dondurma prosesi zamanı beyin toxumasında əmələ gələn su kristalları probleminin öhdəsindən gəlməkdə çətinlik çəkən kriogenika sahəsində əhəmiyyətli bir addım olduğunu göstərir. Kriogen texnologiyanın gələcəkdə elmi-fantastika filmlərinin gözləntilərini qarşılaya biləcəyi və insanların müddətsiz olaraq  dondurulmasına imkan verəcəyi ümid edilir.

 

Qeyd edək ki, "Family Guy"n yaradıcısı Set Macfarlane və "Paypal"ın qurucusu Peter Thiel, elm adamlarının gələcəkdə onları geri qaytara biləcəyi ümidi ilə öldükləri zaman bədənlərini dondurmaq istədiklərini açıqlamışdılar.

 

Çin tədqiqatçıları tərəfindən kəşf edilən və beyin toxuması nümunələrini heç bir zərər görmədən dondurmağa imkan verən qarışıq MEDY (Metilselüloz, Etilen qlikol, DMSO və Y27632 adlı dörd kimyəvi komponentin baş hərfləri) olaraq adlandırılıb.

 

Onu da qeyd edək ki, 2015-ci ildə nadir beyin xərçəngindən faciəvi şəkildə ölən tailandlı iki yaşlı Matheryn Naovaratpong dünyanın ən gənc dondurulmuş insanı hesab olunur. Qızının beynini dondurmağı seçən ailə, krionika sahəsində gələcəkdə irəliləyişlərin dünyasını dəyişən qıza başqa bir bədəndə yaşamaq üçün ikinci şans verəcəyinə ümid etdiklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi