Modern.az

Polis Bakıda reyd keçirir 

Polis Bakıda reyd keçirir 

16 May 2024, 20:02

Hazırda ölkədə həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə əhalinin maarifləndirilməsi işi davam edir.

 

Həmin məqsədlə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Müayinə Mərkəzində təşkil olunan növbəti tədbirdə mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri aşkarlanaraq onların sahibləri ilə izahedici söhbətlər aparılıb, avtomobilin texniki cəhətdən saz vəziyyətdə istismar etməsinin vacibliyi haqqında onlara ətraflı məlumat verilib.

 

Bu barədə Modern.az-a idarədən bildirilib.

 

“Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrindəki avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların diqqətinə çatdırırıq”, - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi