Modern.az

Kəramət Böyükçöl deputatlığa namizəd olacaq? - Özü DANIŞDI

Kəramət Böyükçöl deputatlığa namizəd olacaq? - Özü DANIŞDI

Aktual

17 May 2024, 12:12

Bu il Azərbaycanda parlament seçkisinin keçiriləməsi gözlənilir. VII çağırış Milli Məclisə seçkilərin vaxtı yaxınlaşdıqca, tanınmış simaların deputatlığa namizəd olub-olmayacağı da gündəmə gəlir.

 

Tanınmış yazıçı Kəramət Böyükçöl 2020-ci ilin 9 fevralında Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edib. O, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. 

 

Maraqlıdır ki, o, bu il keçiriləcək parlament seçkisində iştirak edəcəkmi?

 

Yazıçı bununla bağlı Modern.az-a açıqlama verib. 

 

“Hələ qərar verməmişəm. Ona görə bu barədə, hansı dairədən namizəd olacağımla bağlı qəti bir söz deyə bilmirəm. Hələ ki dəqiq fikrim yoxdur”, - o qeyd edib.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi