Mayın 16-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri bir araya gətirilib.
Modern.az xəbər verir ki, sözügedən görüş barədə məlumatı siyasi partiyaların təmsilçiləri ictimailəşdiriblər.
Tədbirdə Hesablama Palatası, Maliyyə və Ədliyyə nazirliklərinin nümayəndələri də iştirak edib.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, “Hilton” otelinin konfrans zalında keçirilən tədbir dəyirmi masa formatında baştutub.
“Mövzu “Siyasi partiyalar haqqqında” qanunun tətbiqi məsələləri ilə bağlı idi”.
P.Hüseynin sözlərinə görə, tədbir təşkilatçı tərəfindən hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq prosesi kimi təqdim olunub.
“Tədbirdə Azərbaycanda fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-nin nümayəndəsi təmsil olunmuşdu. Prezident Admnistrasiyası əməkdaşlarından əlavə, tədbirə Ədliyyə və Maliyyə nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının məsul işçiləri də qatılmışdılar və məruzə ilə çıxış etdilər”.
P.Hüseyn bildirib ki, tədbirdə iştirak edən 25 siyasi partiyadan 20-nin təmsilçisi dəçıxış edib.
“Çıxışlarda tədbrin konkret mövzusu ilə yanaşı, siyasi fəaliyyətin aktual problemlərinin daha geniş spektri əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi. Mənim rəyimə görə istər siyasi, istərsə də maarifləndiricilik baxımdan faydalı oldu”.
A.Qorxmaz