Modern.az

Yağlıvənd faciəsindən bəhs edən film çəkilb

Yağlıvənd faciəsindən bəhs edən film çəkilb

Aktual

17 May 2024, 14:06

“Yağlıvənd: faciədən zəfərə” sənədli filminin çəkilişləri başa çatıb.

Filmdə 15 avqust 1992-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndinin Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə bombardımançı qırıcı tərəfindən bombalanmasından bəhs edilir.

Modern.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru yazıçı Tağı Türk, quruluşçu operator Ramin Ələsgərli, operator Kamran Layıcov, dron operatoru Vasif Lətifov, montaj rejissoru isə Aqil Əhmədlidir.

Film haqqında məlumat verən yazıçı Tağı Türk bildirib ki, “Oğuzfilm”in istehsalı olan filmin çəkilişləri hadisənin baş verdiyi yerdə - işğaldan azad edilmiş Füzuli rayonunun Yağlıvənd kəndində aparılıb:

“Biz filmin çəkilişlərini haqdisənin baş verdiyi yerdə, şahidlərin, həmin hadisə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinin iştirakı apardıq. 15 avqust 1992-ci ildə baş vermiş faciə zamanı həmin kənddən 7 nəfər mülki şəxs şəhid olmuş, 50-dən çox mülki vətəndaş müxtəlif dərəcəli bədən xəsarəti almış, bir neçəsi əlil olmuş, sağlamlığını itirmişdir. Həmin gün Ermənistan Respublikasına məxsus hərbi qırıcıların bomardımanı zamanı Yağlıvənd kəndi ilə yanaşı, Füzuli şəhərinə atılan kasetli bombanın partlaması zamanı 10-a yaxın Füzuli şəhər sakini də həyatını itirmişdi”.

Filmin yaxın vaxtlarda Nizami Kino Mərkəzində və TV kanallarda yayımlanması nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi