Modern.az

Gəncədə avtomobil qaçıran şəxs saxlanıldı

Gəncədə avtomobil qaçıran şəxs saxlanıldı

Aktual

17 May 2024, 13:32

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə. Gülməmmədov saxlanılıb.

 

Şöbə əməkdaşları tərəfindən şəxsin ətrafında aparılan istintaq hərəkətləri zamanı onun daha bir oğurluq cinayəti törətməsi müəyyən olunub.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU