Modern.az

Zaur Mikayılov Ağsu vətəndaşlarla görüşüb - FOTO

Zaur Mikayılov Ağsu vətəndaşlarla görüşüb - FOTO

17 May 2024, 14:20

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mayın 17-də Ağsu Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağsu, İsmayıllı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Modern.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq, xatirəsini ehtiramla anıblar.

 

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı