Modern.az

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR

17 May 2024, 15:08

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış arzuları” kompozisiyası Bakıda ilk dəfə təşkil edilən Təchizat Zənciri Liderləri Zirvəsi işriakçılarının böyük marağına səbəb olub. Ölkəmizdə fəaliyyət göstərən 44 şirkətdən 600-ə yaxın mütəxəssisin iştirak etdiyi tədbir Bakıda “Gülüstan” sarayında keçirilib.

 

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində aparılan vüsətli bərpa-quruculuq işlərinin ölkəmizdə təchizat zəncirinin coğrafiyasını, logistika imkanlarını daha da genişləndirdiyi, tezliklə gerçəkləşəyinə böyük ümid bəslənilən “Zəngəzur dəhlizi”nin  bu prosesin inkişafına mühüm təsir göstərəcəyi qeyd olunub. Bildirilib ki, Böyük Qayıdışa dair  I Dövlət Proqramının icrası, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılması və iqtisadi fəaliyyətə inteqrasiyası təchizat zəncirinin rəqəmsal imkanlarının artırılmasını aktuallaşdırır.

 

Tədbir iştirakçıları Gülüstan sarayının foyesində Dövlət Komitəsinin nümayiş etdirdiyi  “Böyük Qayıdış arzuları” kompozisiyasına yaxınlaşaraq, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması ilə bağlı arzularını xüsusi kağız parçalarına yazaraq, oradakı stenddə işğaldan azad edilmiş ərazilərin coğrafi xəritəsini dövlət bayrağımızın üç rəngində əks etdirən təsvirin üzərinə yapışdırıblar. Onlar, həmçinin, komitənin müraciəti ilə Müdafiə Nazirliyinin ayırdığı və stendin yanında dayanmış iki nəfər xüsusi təyinatlı hərbçi ilə fotoşəkil çəkdiriblər. Böyük Qayıdışa inam, vətənpərvərlik ruhu aşılayan kompozisiyaya yüksək qiymət verən tədbir iştirakçıları təbliğat-təşviqat məqsədilə çəkilən videoçarx üçün müsahibələr də veriblər.  

   

Tədbirdə, həmçinin, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, sakinlərin doğma yurda qayıdışı və uyğunlaşması prosesindən bəhs edən videoçarxlar da nümayiş olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?