Modern.az

Dillər Universitetində viktorina keçirilib

Dillər Universitetində viktorina keçirilib

Aktual

17 May 2024, 15:16

Azərbaycan Dillər Universitetində “Quiz on Korea” adlı viktorina keçirilib.

Modern.az xəbər verir ki, əcnəbilərin Cənubi Koreyaya marağını artırmaq məqsədi ilə keçirilən tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

“Quiz on Korea” viktorinası dünyanın müxtəlif ölkələrində keçirilir. Yerli yarışlarda qaliblər seçildikdən sonra final müsabiqəsi Koreyada keçirilir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq belə tədbirlərin əcnəbilərə Cənubi Koreyanın adət və ənənələrini daha yaxşı başa düşməyə imkan verdiyini qeyd edib, həmçinin iştirakçılara uğurlar arzulayıb: “Biz yenidən Azərbaycanda “Quiz on Korea” viktorinasını keçirməkdən məmnunuq”.

Qeyd edək ki, viktorina Azərbaycanda 2017-ci ildən bəri ilk dəfə keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi