Modern.az

"Qarabağ"ın oyununda hakimlərdən 3-ü qadın olacaq

Aktual

17 May 2024, 15:20

Misli Premyer Liqasının 35-ci turunda bu gün keçiriləcək "Qarabağ" - "Turan Tovuz" matçına qadın hakimlər də təyinat alıblar.

 

Modern.az xəbər verir ki, matçın baş hakimi Cavid Cəlilova yan xətdə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Fəridə Lütfəliyeva isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi