Modern.az

Ramin Əliyev dələduzluğa görə saxlanılıb

Ramin Əliyev dələduzluğa görə saxlanılıb

Aktual

17 May 2024, 17:32

Qohumuna qarşı dələduzluq etməkdə şübhəli bilinən “Son Ümid” Xalq Hərəkatı təşkilatının sədri saxlanılıb.

 

Modern.az xəbər verir ki, təşkilat rəhbəri Ramin Eldar oğlu Əliyev Bakı şəhərində polis tərəfindən saxlanılıb.

 

Bildirilib ki, xalası oğlu Səbuhi Mehrəliyev R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev paytaxtda saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən “qafqazinfo”ya təsdiqləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?