Modern.az

Bu İlham Əliyevin tarixi missiyaya uğurla sahibləndiliyini sübuta yetirir

Bu İlham Əliyevin tarixi missiyaya uğurla sahibləndiliyini sübuta yetirir

Aktual

17 May 2024, 16:20

Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa, dostluğa, strateji tərəfdaşlığa söykənir, dayanıqlılığı və ardıcıllığı ilə seçilir.

 

Bu sözləri Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərini Modern.az saytına şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Belarusun Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı sərgilədiyi prinsipial mövqe, Azərbaycanın Belarusa bu ölkə üçün çətin məqamlarda verdiyi dəstək, həmçinin Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunmaları ikitərəfli münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu təsdiqləyir:

 

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal illərində hər şey dağıdılıb və bu baxımdan infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Belarusun isə çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Şübhəsiz ki, dost ölkənin işğaldan azad erdiyimiz ərazilərdə quruculuq-bərpa işlərində yaxından və fəal iştirakı ikitərəfli ələqələrin inkişafına da öz töhfəsini verəcək. Azərbaycan və Belarus arasında imzalanan yeni sənədlər isə qarşılıqlı əməkdaşlığın bir sıra yeni istiqamətlər üzrə intensivləşəcəyini söyləməyə əsas verir. Bakı və Minsk, Gəncə və Qomel,  Qəbələ və Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair anlaşma memorandumları isə, iki ölkənin, təkcə mərkəzi hakimiyyət orqanlarının deyil, ayrı-ayrı inzibati ərazi subyektlərinin də daha yaxından əməkdaşlıq edəcəklərini təsdiqləyir. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına da impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər”.

 

Azər Kərimli Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatında ölkəmiz və dövlətimizin başçısı haqqında səsləndirdiyi yüksək fikirlərə də diqqət çəkib və qeyd edib ki, dost ölkənin liderinin Azərbaycanın hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll etməsini xüsusi vurğulaması qürurvericidir:

 

“Belarus Prezidenti Azərbaycanın dövlət başçısına xitabən bəyan etdi ki, “Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Bu fikirlər mövcud reallıqları əks etdirməklə yanaşı, Prezident İlham Əliyevin nə qədər böyük və tarixi missiyaya uğurla sahibləndiliyini bir daha sübuta yetirir. Hətta Qafqazda yaşamayan xalqlar belə, ölkəmizin Avrasiya üçün mühüm strateji və həyati əhəmiyyət daşıyan bir regionda sülhü, təhlükəsizliyi qoruya biləcəyinə böyük ümidlər bəsləyirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi