Modern.az

Avropa Şurasının Nazirlər Komitəsi Ermənistan-Azərbaycan delimitasiyasını alqışladı

Avropa Şurasının Nazirlər Komitəsi Ermənistan-Azərbaycan delimitasiyasını alqışladı

17 May 2024, 17:38

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi mayın 17-də Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən iclasında qəbul edilən qərarın mövzusu olub.

Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin bölünməzliyi və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstək ifadə olunub.

Eyni zamanda, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi alqışlanıb.

Sözügedən protokol üzv dövlətlər üçün hüquqi qüvvəyə malik olan Reykyavik Bəyannaməsinin həyata keçirilməsi məqsədi ilə “Dəyərlərimiz ətrafında birləşmək” başlığı ilə qəbul edilən qərarın mətnində öz əksini tapıb”, - XİN sözçüsü bildirib.

Nazirlər Şurasının komissiyasının iclasında qəbul edilən qərarda Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsindən bəhs olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi