Modern.az

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Aktual

18 May 2024, 13:22

Bakının Xəzər, Xətai və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində itkin düşmüş ümumilikdə 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, keçirilən tədbirlər nəticəsində martın 31-də Xəzər rayonu ərazisində itkin düşən 2001-ci il, mayın 2-də Sumqayıt ərazisində 2012 və 2013-cü il təvəllüdlü övladları ilə birlikdə itkin düşmüş 1991-ci il təvəllüdlü şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

 

Bununla yanaşı, mayın 14-də Xətai rayonu ərazisində itkin düşən 2006-cı il təvəllüdü ana və onun 2024-cü il təvəllüdlü qızı, habelə mayın 16-da Sabunçu rayonu ərazisində itkin düşən 2004-cü il təvəllüdlü daha bir nəfər şəxs də tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?