Modern.az

Rayonlara dolu yağıb - FAKTİKİ HAVA 

Rayonlara dolu yağıb - FAKTİKİ HAVA 

18 May 2024, 16:02

Mayın 18-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Göyçay, Sabirabad, Xaçmaz, Salyan, Neftçalada arabir yağış, Şahdağda isə qar yağıb.

 

Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub. Mayın 18-i gecə saatlarında Qax rayonunun Əlibəyli və Ləkit kəndlərinə, saat 11:10-11:17 radələrində Sabirabad rayonu Kovlar və Ulacalı kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 8-12 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?