Modern.az

Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb

Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb

Aktual

18 May 2024, 20:38

Dövlətin siyasi partiyalarla konstruktiv dialoqu milli maraqların və demokratik prinsiplərin qorunmasına hesablanıb.

 

Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin siyasətində və inkişaf strategiyasında iqtisadi islahatlarla yanaşı, hüquqi və siyasi islahatlar hər zaman paralellik təşkil edib. Öna görə ki, istənilən dövlətin və cəmiyyətin inkişafı üçün ictimai barışa, vətəndaş anlaşmasına və sağlam siyasi dialoqa ehtiyac var. 

 

Zamanın gətiridiyi yeni çağırışlara və tələblərə uyğun olaraq, son illər dövlətin bu sahədə siyasətinin təkmilləşdirilməsi, kadr və institusional dəyişiklərin həyata keçirilməsi, nəticə etibarilə, cəmiyyətdə yeni siyasi konfiqurasiyanın formalaşmasına şərait yaratdı. Yeni siyasi konfiqurasiyada cənab Presidentin Administrasiyasına verdiyi tapşırıq və təlimatlarda bir xətt açıq şəkildə hiss olunur: “Fərqli siyasi platformalara malik partiyalarla cəmiyyəti düşündürən istənilən məsələ ətrafında konstruktiv əməkdaşlıq etmək, sağlam dialoq imkanlarını genişləndirmək, milli maraqları və demokratik prinsipləri qorumaq, ümummilli məsələlərdə siyasi həmrəyliyə nail olmaq”.

 

Bu siyasətin nə qədər doğru olduğunu və müsbət nəticələrini Vətən müharibəsində xüsusilə, hiss etdik. Bütün siyasi partiyalar və ictimai birliklər bir nəfər kimi dövlətimizin yanında durdular, Ali Baş Komandanın hər bir qərarını qətiyyətlə dəstəklədilər və görünməmiş milli birlik və siyasi həmrəylik nümayiş elətdirdilər. Bu cür milli iradə qarşısında nəinki işğalçılar, heç onları dəstəkləyən qlobal güclər də duruş gətirə bilmədi, daxildə zərrə qədər də olsun fikir ayrılıqlarına və ya parçalanmalara yol verilmədi, milli maraqlar firqə maraqlarının fövqündə dayandı. Bu ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın ilk, lakin həlledici imtahanı idi və bu imtahandan həm dövlətin siyasi zəkası, həm də bütün siyasi partiyaları alnıaçıq və üzüağ çıxmağı bacardılar. Demək, doğru yoldayıq və bu siyasət bütün parametrləri ilə davam etdirilməlidir.

 

Mayın 16-da məhz, bu siyasətin davamının, Prezident Administrasiyası ilə siyasi partiyalar arasında yeni görüş-diqloqun şahidi olduq. Diqqəti çəkən əsas məqamlardan biri o oldu ki, bu dəfə ki, görüşdə dəvət olunmuş 25 siyasi partiyanın hamısının nümayəndələri ilə yanaşı Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri də iştirak etdilər. Bu isə o deməkdir ki, dövlətlə siyasi partiyalar arasında nəticəli əməkdaşlıq imkanları, ən çətin məsələlər ətrafında anlaşma və ya uzlaşma istəyi realdır. Prezident Administrasiyası tərəfindən təşkil olunan bu cür görüşlərə dövlətin başqa insitutularının da cəlb olunması bir daha onu göstərir ki, hakmiyyət siyasi partiyaların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, onların fəaliyyətlərinin asanlaşdırılmasında və sağlam rəqabət mühütünün genişləndirilməsində də qərarlıdır.

 

Bütün bunlar isə heç şübhəsiz ki, dövlətimizin xarici təhdid və çağırışlara daha dayanıqlı olması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, milli sərvətə və dəyərə çevrilmiş birlik və siyasi həmrəyliyimizin qorunması baxımından çox önəmlidir.

 

Azay Quliyev 

Milli Məclisin deputatı

Twitter
Sizə yeni tvit var
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?