Modern.az

Şirvan sakininə qarşı onlayn dələduzluq edildi

Şirvan sakininə qarşı onlayn dələduzluq edildi

Aktual

20 May 2024, 12:27

Şirvan sakininə qarşı onlayn dələduzluq edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, vətəndaş özünə məxsus 2 baş iribuynuzlu heyvanı satmaq üçün elan saytlarının birində məlumat paylaşıb. Bir müddət sonra isə xarici mobil operatorların (Rusiya Federasiyası) birinə məxsus nömrədən ona heyvanlarını alacağı barədə geri dönüş edilib, pul göndərmək üçün vətəndaşdan bank kartı istənilib və bütün məlumatlar dələduz tərəfindən əldə olunub. Nəticə isə digərləri kimi, zərərçəkənin kartında olan 1050 manat onlayn yolla başqa bir kart hesabına köçürülüb və vətəndaşa maddi ziyan dəyib.

 

DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, hər gün onlarla bu cür hallarla qarşılaşırlar: "Tanımadığınız şəxslərə şəxsi və bank kartlarınızın məlumatlarını göndərməyin, onlayn dələduzluq qurbanı olmayın".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?