Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərın sayı açıqlanıb.
Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilər barədə məlumatlar aşağıdakı kimidir:
- zabit və gizir qadın hərbi qulluqçular – 321 nəfər;
- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular – 1667 nəfər;
- qadın mülki işçilər ‐ 10029 nəfər;
- rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular ‐ 11 nəfər;
- rəhbər vəzifədə çalışan qadın mülki işçilər – 3 nəfər.