Modern.az

Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident

Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident

Aktual

20 May 2024, 15:36

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yarandığını bəyan edib.

 

Modern.az-n məlumatına görə, Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, dövlət başçısı Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərin işğalının davam etdiyini vurğuladı.

 

Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd etdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU