Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötən ilki hesabatı ilə bağlı deyib.
“Bəzən müşahidə olunur ki, icra hakimiyyətləri, sanki, zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik. Bu barədə araşdırmaya ehtiyac var”, - deyə sədr müavini bildirib.