Modern.az

ADY-nin sədri Çində səfərdədir - FOTO

ADY-nin sədri Çində səfərdədir - FOTO

Aktual

21 May 2024, 09:00

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin Çinin Dəmir Yolları Administrasiyasının rəhbəri Liu Cenfan ilə görüşündə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Tərəflər Çinlə Avropa arasında yüklərin daha sürətlə və təhlükəsiz daşınması üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

 

Qeyd olunub ki, son vaxtlar bu dəhliz üzrə hərəkət edən qatarların sayında və daşınan yüklərin həcmində əhəmiyyətli artım var.

 

Görüşdə “Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinə dair təqdimat olub, Azərbaycandan keçən dəhlizlər vasitəsi ilə Çindən Avropaya və əksinə yüklərin daşınmasının cari vəziyyəti və artım perspektivlərinə dair məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi