Modern.az

Zaqatalaya dolu, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Zaqatalaya dolu, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Aktual

21 May 2024, 09:08

Mayın 21-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.

 

Mayın 20-də saat 22:58-23:20 radələrində Zaqatala rayonuna diametri 11 mm olan dolu düşüb.

 

Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Şahdağ, Lerikdə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 10-15, Aran rayonlarında 12, dağlıq rayonlarda 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi