Modern.az

Goranboyun Kələk kəndində səyyar qəbul keçirilib - FOTO

Goranboyun Kələk kəndində səyyar qəbul keçirilib - FOTO

Aktual

21 May 2024, 15:40

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilib.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Kələk  kəndində səyyar qəbul keçirib. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU