Modern.az

Bakıda narkokuryer tutuldu - VİDEO

Bakıda narkokuryer tutuldu - VİDEO

Aktual

21 May 2024, 17:56

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU