Modern.az

Böyrək xəstəlikləri kişilərdə cinsi problemlərə yol açır? - Uroloqla MÜSAHİBƏ

Böyrək xəstəlikləri kişilərdə cinsi problemlərə yol açır? - Uroloqla MÜSAHİBƏ

Aktual

23 May 2024, 10:19

Referans Poliklinik Əhmədli filialının uroloq-androloqu Op. Dr. Anar Almasov son zamanlar geniş yayılmış böyrək xəstəliyinin səbəbləri və müasir müalicə üsulları haqqında  sualları cavablandırıb.

 

Modern.az müsahibəni təqdim edir:

 

- Ölkəmizdə böyrək xəstəlikləri sahəsində ümumi mənzərə necədir?

 

- Ölkəmizdə böyrək xəstəlikləri son zamanlar artıb. Ən çox rast gəlinən patologiya isə xroniki pielonefrit, şəkərə bağlı böyrək patologiyaları, xroniki sistit, böyrəkdaşı xəstəliyidir. Son zamanlar isə qrip, qızılca və digər infeksion xəstəliklər fonunda böyrək xəstəliklərinin intensiv artması müşahidə olunur. Bu səbəblə də adı çəkilən xəstəlikləri keçirmiş xəstələrdə sidik yolları patologiyası ilə ağırlaşmanın olmamamasından da əmin olmaq üçün uyğun müayinə keçməkdə bir fayda vardır.

 

- Uroloji problemlərə daha çox kişilər yoxsa, qadınlar arasında rast gəlinir?

 

- Uroloji problemlərin rastgəlmə tezliyi qadın və kişilərdə təqribən eynidir. Qadınlar arasında şəkərə bağlı, xüsusən gecikmiş böyrək patologiyaları daha çox rast gəlinir. Kişilərdə isə bu nisbətən xüsusən də, irəli yaşlarda daha çox prostat xəstəlikləri və buna bağlı ikincili uroloji problemlərdir.

 

- Böyrək xəstəlikləri kişilərdə cinsi problemlərə yol aça bilərmi?

 

- Böyrək xəstəlikləri vaxtında müalicə olunmadıqda xroniki formaya keçir və hətta dializ, böyrək köçürməyə qədər gətirib çıxarır. Təbii ki dolayısıyla cinsi problemlərə də yol aça bilir.

 

Ən çox kişi sonsuzluğu yaradan problemlər hansılardır?

 

- Ən çox kişi sonsuzluğu yaradan problemlər sidik-cinsiyyət sisteminin xroniki xəstəlikləri, varikosele (xaya damarlarının genişlənməsi) və cinsi yolla keçən xəstəliklərdir.

 

- Prostat adenoması adətən hansı yaşdan sonra özünü biruzə verir?

 

- Prostat adenoması ən çox özünü 50 yaş üzəri biruzə verir. Lakin bəzən sadəcə ultrasəs müayinəsindən keçməklə bu yaşla bağlı dəyişiklikdir deyib kişilər buna əhəmiyyət vermir. Əlavə etməliyəm ki, bunun üçün mütləq uroloq qəbulunda olmaq və bəsit bir skrininqlə prostat vəzdə xərçəngin olmasını inkar etmək vacibdir.

 

İnfeksiyalar müalicə olunmadıqda sonsuzluğa səbəb ola bilərmi?

 

- İnfeksiyalar müalicə olunmadıqda sonsuzluğa səbəb olma ehtimalı çox yüksəkdir. Çox təəssüf ki, bəzən androloji problemlərlə uroloq-androloqa deyil, başqa ixtisasdan olan həkimlərə müraciət edilir və təbii ki, aparılmış yanlış müalicə problemin daha da böyüməsinə səbəb olur. Hətta təcrübəmdə yalnız əczaçı tövsiyəsi ilə sxemsiz, özbaşına müalicə alanlar da var. Bu da mütləq gələcəkdə özünü xoşa gəlməyən nəticə ilə biruzə verir. Bu çox halda cinsi zəiflik, sonsuzluqla bağlı illərlə müalicə almaq üçün zəmin yaradır. 

 

Böyrək xəstələri necə qidalanmalıdır?

 

-Böyrək xəstələri xəstəlikdən asılı olaraq böyrək həkimi tərəfindən təyin olunmuş müvafiq diyetaya uyğun olaraq qidalanmalıdır. Bunun üçün mütəmadi olaraq həkim təqibində olmaq lazımdır.

 

- Doktor, böyrək daşlarının yaranmasında genetik faktorlar nə dərəcədə rol oynayır? Cərrahi müdaxilə olmadan onların müalicəsi mümkündürmü?

 

-Genetik olaraq daşa meyililik təbii ki var. Adətən, maddələr mübadiləsi pozğunluğunun nəticəsi olaraq və ya böyrəyin xroniki iltihabi xəstəlikləri sonrası daha çox rast gəlinir. Cərrahi müdaxilə olmadan bəzi daşların müalicəsi də mümkündür. Təcrübəmdə həddən çox yalnız dərman müalicəsi ilə daşları düşürən pasiyentlər vardır. Lakin çox böyük daşlarda təəssüf ki, cərrahi müdaxiləyə  ehtiyac duyulur. Artıq daşların açıq üsulla cərrahiyyəsi öz yerini qapalı və lazer üsulu ilə müalicəyə vermişdir. Tərəfimizdən bu əməliyyatlar da uğurla icra olunur.

 

- Uroloji və andoloji xəstəliyi olanlara tövsiyələriniz nələrdir?

 

- Uroloji və androloji xəstələrə tövsiyəm budur ki, vaxtaşırı uroloq-androloq müayinəsindən keçsinlər. Hazırda çalışdığım “Referans” Poliklinik Əhmədli filialında istər uroloji, istər androloji yeni və müasir müayinə üsulları, laboratoriya, eyni zamanda müalicə üçün lazım olan ən müasir cihaz və texnologiyalar ilə tam təchiz olunmuşdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi