Modern.az

Səhiyyə naziri Naxçıvana yoxlamalara getdi

Səhiyyə naziri Naxçıvana yoxlamalara getdi

Aktual

22 May 2024, 11:54

Mayın 22-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev Naxçıvan Muxtar Respublikasına səfər edib

 

Modern.az-a xəbər verir ki, nazir əvvəlcə Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

 

Qeyd edək ki, səhiyyə nazirinin səfər çərçivəsində "Təcili Tibbi Yardım Mərkəzi”, "Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsləri və Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinin fəaliyyətləri ilə tanışlığı nəzərdə tutulur. Eyni zamanda, o, bu gün "Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi