Modern.az

İrəvan Azərbaycanla danışıqların uğurla nəticələnəcəyinə ümid edir

İrəvan Azərbaycanla danışıqların uğurla nəticələnəcəyinə ümid edir

Aktual

22 May 2024, 13:27

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Azərbaycan tərəfinin imzaladığı Alma-Ata bəyannaməsini xatırladan bir neçə bəyanat var. Sülh müqaviləsi danışıqları çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması üzrə dialoq davam edir.


"Bu, indiki mərhələdə müzakirə olunan mövzulardan biridir, lakin bizim heç bir razılığımız yoxdur və müzakirələr davam edir", - Simonyan bildirib.


Simonyanın sözlərinə görə, bölgədə kommunikasiyaların açılması ilə bağlı Ermənistan əvvəllər bəyan etdiyi prinsiplərə sadiqdir və bu mövqe əsasında Azərbaycanla danışıqlar aparır.


“İrəvan danışıqları təkcə sülh müqaviləsi çərçivəsində deyil, bütün səviyyələrdə davam etdirməyə hazırdır, biz 10 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapmış bütün kommunikasiyaların açılması ideyasına əhəmiyyət verir, bu istiqamətdə fəaliyyəti davam etdiririk”, - deyə Ermənistan parlamentinin spikeri bildirib.


O, danışıqların uğurla başa çatacağına ümid etdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi