Modern.az

Təbii fəlakətlər nəticəsində sakinlərə 1 milyard manat zərər dəyib

Təbii fəlakətlər nəticəsində sakinlərə 1 milyard manat zərər dəyib

22 May 2024, 13:23

Katastrofik hallar zamanı yaranmış zərərlərın qarşılanmasında dövlətin maliyyə yükünün azaldılması üçün sığorta mexanizmlərinin inkişafı vacibdir. Bunun üçün sığorta təminatına alınacaq risklərin düzgün qiymətləndirilməsi önəmlidir. Bu baxımdan bugünki “Katastrofilk risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”, “T-rupt” şirkəti ilə bərabər çalışmaq istədiyimiz layihənin ölkə üçün əhəmiyyəti böyükdür.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.

 

Baş direktor qeyd edib ki, dağıdıcı təbii hadisələr nadir hallarda baş versə də onun gətirdiyi iqtisadi fəlakətlər, zərərlər böyük olur.

 

“Sığorta sektorunun təminat verdiyi katastrofik risklərin düzgün tənzimlənməsi üçün Mərkəzi Bank tərəfindən bir neçə ay əvvəl sığortaçılara qarşı yeni requlyativ tələbələr müəyyən edilib. Tələblərə görə, sığortaçılar son 250 ilin zəlzələ riskləri üzrə maksimal zərər ehtimalını qiymətləndirməli, müəyyən olunmuş məbləğin məcmu kapitalının 20 faizini aşan hissəsini təkrarsığortaya ötürməlidirlər. Son 15 ildə ölkəmizdə dağıdıcı təsirə, böyük həcmli zərərlərə səbəb olan 3 təbii hadisə baş verib: 2009-cu ildə Kür-Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və ətraf rayonlarda, 2019-u ildə Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində əhaliyə ümumilikdə 1 milyard manata yaxın zərər dəyib. Bu zərərlərin hamısı dövlət büdcəsindən ödənilib, - deyə Ziya Əliyev vurğulayıb.

 

Ölkəmizdə zəlzələ risklərinin qiymətləndirilməsi layihəsinin bir sıra yerli qurumlarla, təcrübəli ekspertlərlə bərabər çalışmağı tələb etdiyini deyən AMB-nin baş direktoru zəlzələ ehtimalının ölçülməsi, dağıntı risklərinin qiymətləndirilməsi, müvafiq risk amilləri ilə bağlı etibarlı məlumatların əldə edilməsinin vacibliyini qeyd edib: “Ona görə də bir sıra əlaqədar yerli dövlət qurumlarının ölkəmiz üçün xüsusi əhəmiyyətə malik bu layihəyə yaxından dəstək vermələrini xahiş edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?