Modern.az

Azərbaycanda ekoloji vergilər tətbiq oluna bilər

Azərbaycanda ekoloji vergilər tətbiq oluna bilər

22 May 2024, 14:00

Azərbaycanda ekoloji vergilərin tətbiqinə dair təkliflər hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İqtisadiyyat Nazirliyinin biznesin aparılması ilə bağlı yol xəritələri üzrə tədbirinin kuluarlarında jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, ekoloji vergilər dünyanın əksər ölkələrində tətbiq olunur və Azərbaycanda da tətbiqi məqsədəuyğundur.

 

"Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Ölkəmizdə ekoloji dayanıqlılığı təmin və təşviq edən vergi islahatları həyata keçirilməlidir. Dövlət Vergi Xidməti olaraq ictimaiyyətlə geniş müzakirələr aparacaq, eləcə də ekoloji vergilərin tətbiqi və iqtisadiyyatın ekoloji cəhətdən dayanıqlı inkişafına imkan yaradan islahatların icrası istiqamətində təkliflər hazırlyacağıq", - deyə S.Musayeva bildirib.

 

O bu cür vergilərin fəaliyyəti ətraf mühitə mənfi təsir göstərən şirkətlərə tətbiq edilməli olduğuna aydınlıq gətirib.

 

"Bu vergi növləri misal üçün, karbon dioksid tullantılarına vergilər Avropa İttifaqı, ABŞ, Rusiya və digər ölkələrdə tətbiq olunur. Ölkədə bənzər verginin tətbiq olunma imkanını araşdırırıq. Bu məsələ ilə bağlı müzakirələr gedir", - deyə S.Musayeva əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?