Modern.az

Ədliyyə nazirinin səlahiyyətləri artırıldı

Ədliyyə nazirinin səlahiyyətləri artırıldı

22 May 2024, 19:42

Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmana əsasən ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

 

Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu