Modern.az

Bakının 3 rayonunun qazı KƏSİLƏCƏK

Bakının 3 rayonunun qazı KƏSİLƏCƏK

Aktual

23 May 2024, 09:17

Bu gün paytaxtın 3 rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Şərifli küçəsi 24/25 ünvanında istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə M.Nərimanov küçələrinin kəsişməsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Binəqədi rayonu ərazisində qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun (Şərifli, E.Süleymanov, C.Naxçıvanski və R.Rüstəmov küçələri), Nərimanov rayonunun (Z.Bünyadov prospekti, İ.Abışov, Baksol yolu, Ə.Qayıbov və M.Paşayev küçəsi), Binəqədi rayonunun (1-3-cü Mədən əraziləri) bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?