Modern.az

Cinayət törədən 71 nəfər saxlanıldı

Cinayət törədən 71 nəfər saxlanıldı

Aktual

23 May 2024, 10:50

Mayın 22-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarılan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmin gün narkotiklərlə əlaqədar 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi