Modern.az

Ötən gün aşkarlanan və təhvil götürülən silahların SAYI

Ötən gün aşkarlanan və təhvil götürülən silahların SAYI

Aktual

23 May 2024, 11:10

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 22-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.

 

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 7 patron aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi