Modern.az

Goranboyda “KOB dostu” fəaliyyətə başladı - FOTO

Goranboyda “KOB dostu” fəaliyyətə başladı - FOTO

Aktual

23 May 2024, 17:48

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov əvvəlcə, Goranboy şəhər Olimpiya İdman Kompleksində  bir qrup sahibkar və fermerlərlə  görüşüblər.

 

Modern.az xəbər verir ki, görüşdə, kiçik  və orta biznesin inkişafı sahəsində mövcud problem və təkliflər dinlənildi, bu istiqamətdə qarşılıqlı müzakirələr aparıldı, sahibkar və fermerlərin  sualları cavablandırıldı. Sonra, Goranboy rayonunda fəaliyyət göstərən iri istehsal müəssisəsi olan “G Group” MMC-nin fəaliyyəti ilə  və yeni fəaliyyətə başlayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu”    ofisində  mövcud  şəraitlə yerində tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?