Modern.az

Liftdə qalan şəxs xilas edildi - VİDEO

Liftdə qalan şəxs xilas edildi - VİDEO

23 May 2024, 21:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.as xəbər verir ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?