Modern.az

Polis saxlayan zaman özünə xəsarət yetirdi

Polis saxlayan zaman özünə xəsarət yetirdi

Aktual

24 May 2024, 10:50

Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslər - Şirvan şəhər sakinləri 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu və 1983-cü il təvəllüdlü Əliyev Mehman Aydın oğlundan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

 

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU