Modern.az

İşsizlikdən sığorta haqları üzrə daxilolmalara 4.7 milyon ƏLAVƏ

İşsizlikdən sığorta haqları üzrə daxilolmalara 4.7 milyon ƏLAVƏ

Aktual

24 May 2024, 14:01

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 4 700 000,00 manat artırılır.


Modern.az xəbər verir ki, bu barədə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

 

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.


 Eyni zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300 000,0 manat olacağı proqnozlaşdırılır. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0 manat azaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil