Modern.az

Ermənistanda 30 nəfərə cinayət işi açılıb

Ermənistanda 30 nəfərə cinayət işi açılıb

Aktual

24 May 2024, 16:50

Ermənistanın İstintaq Komitəsi son günlər paytaxt İrəvan, Tavuş vilayəti də digər yerlərdə keçirilmiş etiraz aksiyaları ilə bağlı aşkar cinayət təzahürləri əsasında  başlanmış cinayət işinin ümumi gedişi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, sözügedən icraat çərçivəsində ümumilikdə 30 nəfər barəsində cinayət işi başlanıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirləndirilirlər.

Belə ki, yolları bağlayarkən xuliqanlıq, qəsdən əmlaka ziyan vurma, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, avtomobillərlə yolları kəsmə və digər hallarla bağlı iş başlanıb.

Ümumilikdə 25 nəfərə qarşı cinayət işi icrata verilib. Cinayət təqibinə məruz qalmış şəxslərdən 10-u həbs edilib, 4-ü barəsində ev dustaqlığı seçilib, daha 7-si isə heç yerə getməmək, 1 nəfər barəsində isə tərbiyəvi nəzarət tətbiq edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi