Modern.az

Məcnun Məmmədov Yevlaxda vətəndaşlarla görüşüb - FOTO

Məcnun Məmmədov Yevlaxda vətəndaşlarla görüşüb - FOTO

Aktual

24 May 2024, 17:28

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşları qəbul edib.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, nazir Ağdam, Beyləqan, Bərdə, Füzuli, Göyçay, Hacıqabul, Xocalı, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Tərtər, Yevlax, Zərdab və digər rayonlardan, eləcə də Bakı və Gəncə şəhərlərindən olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən əkin subsidiyasının verilməsi, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, heyvandarlıq təsərrüfatının işğaldan azad edilmiş ərazilərə köçürülməsi, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

 

M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, bir qismi araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Yevlax DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

 

Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir