Modern.az

Mərkəzi Bank "Payonix” BOKT-a lisenziya verdi

Mərkəzi Bank

Aktual

24 May 2024, 17:44

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Payonix” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

 

Modern.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

 

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-ə çatıb.

 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23, nizamnamə kapitalı 1,3 milyon manat, qanuni təmsilçisi isə Elnur Nüslət oğlu Əliyevdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir