Modern.az

Növbəti köç karvanı Sus kəndinə çatdı - FOTO

Növbəti köç karvanı Sus kəndinə çatdı - FOTO

Aktual

24 May 2024, 17:32

Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Sus kəndinə çatıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 39 ailə - 140 nəfər köçürülüb. Doğma yurda qayıtmış ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən, müvafiq qaydada, onlara verilən evlərdə yerləşdirliblər. Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamailə yenidən tikklib və zəruri infrastrukturla təchiz edilib.

 

İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) mənzillə təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi