Modern.az

Şəhidimizin nəşi Ağsuda torpağa tapşırıldı

Şəhidimizin nəşi Ağsuda torpağa tapşırıldı

Aktual

24 May 2024, 18:00

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mustafayev Nuhu Mustafa oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

 

Modern.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

 

Qeyd edək ki, Mustafayev Nuhu Mustafa oğlu 1994-cü ildə Kəlbəcərin Təkəqaya kəndi uğrunda döyüşlərdə itkin düşmüş sayılırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi