Modern.az

Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırıldı

Heyvanlarla rəhmsiz rəftar edənlər cəzalandırıldı

24 May 2024, 22:51

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər müəyyən edilib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən heyvanlarla rəhmsiz rəftar etdiklərinə görə Sədərək rayonunun Dəmirçi kənd sakinləri Kamil Xəlilov, Ümid Xəlilov və Elçin Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Həmçinin Ümid Xəlilovun narkotik vasitə istifadə etməsinə də əsaslı şübhələr müəyyən edildiyindən barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil