Bakı Sağlamlıq Mərkəzi ölkəmizdə baş tutan beynəlxalq tibbi turizm “UNITED MEDICAL TOURISM EXPO” sərgisində iştirak edib.
Modern.az xəbər verir ki, 10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün bu sərgidə toplanıb.
Tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunduğu sərgidə dünyanın müxtəlif ölkələrindən iştirakçılar, 2000+ ziyarətşçi və 30+ tibbi turizm agenti iştirak edirib.
Bakı Sağlamlıq Mərkəzi olaraq sərgi iştirakçılarına məhsul və xidmətlərimizi təqdim edib, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr quraraq və industriyanın ən müasir trendləri ilə tanış olmaq şansından yararlandığımızı sizə bildirməkdən çox şadıq.