Modern.az

İranda qaz kəmərində partlayış - Ölənlər var

İranda qaz kəmərində partlayış - Ölənlər var

Aktual

25 May 2024, 16:30

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, şəhər administrasiyası rəhbərinin sözlərinə görə, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.

 

"Abdananda qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İki fəhlə ölüb, ikisi yaralanıb", - məlumatda deyilir.

 

İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil